Haqqımızda

Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli investisiya mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirmişdir.

“GENSAN İNŞAAT”MMC şirkəti bu səviyyədə uğurlu siyasətdən bəhrələnərək müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir. Fəaliyyət dairəsini genişləndirməklə dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradan şirkət, məhsulları müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssisləri də işə cəlb etməkdədir.

Fəaliyyətinə çox da böyük olmayan satış nöqtəsində başlayan “GENSAN İNŞAAT” MMC şirkəti hazırda Avropa və Dünya standartları səviyyəsində satış mərkəzinə sahibdir.

Satış mərkəzimizdə müxtəlif çeşidli Elektrikli Əl Alətləri, Generator, Stabilizator, Su Nasosu, Kompressor, Qaynaq Aparatı, Kabel və Kabel kanalları, və Xırdavat məhsulları müştərilərimizin xidmətinə təqdim olunmaqdadır.

Çatdırılmanı həyata keçirmək üçün 5 ədəd Ford Transit avtomobilinə sahib olan şirkətimiz, əməkdaşlıq etdiyimiz şirkətlərin işlərinin gecikməməsi üçün əlindən gələni etməkdədir.